
TBİLİSİ, 26 fevral. TELEQRAF
“Xocalı faciəsi dinc əhaliyə qarşı törədilmiş klassik soyqırımı növüdür”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu gürcü politoloq Badri Naçkebiya Tbilisidə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan anım tədbirində çıxışında deyib.
Onun sözlərinə görə, Xocalı soyqırımını digər analoji faciələrdən fərqi ondan ibarətdir ki, qanlı hadisə zamanı uşaqlara qarşı məqsədyönlü və misli görünməmiş qırğın törədilib.
“Xocalı qətliamını törədən cnayətkarlar və günahkarlar beynəlxalq ədalət məhkəməsinə çıxarılmalı və haqlı cəzalarını almalıdırlar. Onlar mütləq cəzalandırılmalıdır ki, insanlıq bundan dərs çıxarsın və bənzər hadisələr bir daha təkrarlanmasın”, - ekspert söyləyib.