
ABŞERON, 26 fevral. TELEQRAF
Abşeron rayonunda 37 yaşlı kişi qəfil vəfat edib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, rayonun Masazır qəsəbə sakini 1988-ci il təvəllüdlü Fuad Süleymanovun yaşadığı evdə halı pisləşib.
Xəstəxanaya çatdırılan kişi az sonra vəfat edib. Onun qan zəhərlənməsi diaqnozundan öldüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır.