BAKI, 26 fevral. TELEQRAF

İstanbulun Qaziosmanpaşa qəsəbəsində davam edən tikinti işləri zamanı məhəllənin müxtəlif yerlərində torpaq sürüşməsi baş verib.

Teleqraf "Haber7"yə istinadla xəbər verir ki, bəzi binaların divarlarında çatlar əmələ gəlib, küçədə çökmələr qeydə alınıb.

Binalarda yaşayanlar otellərə yerləşdirilib.

Bildirilir ki, torpaq sürüşməsinə səbəb ərazidə tikinti işlərinin aparılmasıdır.