
BAKI, 26 fevral. TELEQRAF
Ağdam rayonunda bədbəxt hadisə baş verib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, fevralın 25-i saat 05 radələrində Ağdam sakini 1967-ci il təvəllüdlü Nofəl Kamran oğlu Şirəliyev yaşadığı Ergi qəsəbəsindəki evin həyətində yıxılaraq baş nahiyəsindən xəsarət alıb.
Ağır yaralanan kişi vəfat edib.
Onun yuxulu halda yıxılaraq xəsarət aldığı bildirilir.
Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.