İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Kevin de Bruyne karyerasını Səudiyyə Ərəbistanda davam etdirməyə yaxındır.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi üçün bir neçə klub təklif hazırlayır.

Müqaviləsi 2025-ci ilin yayında başa çatacaq belçikalı oyunçu Avropada qalmaq və ya pul qazanmaq üçün Yaxın Şərqə getməyə qərar verməyib.

Qeyd edək ki, Kevin De Bruyne bu mövsüm klub səviyyəsində 27 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib. Transfermakrt internet portalı futbolçunun dəyərini 35 milyon avro qiymətləndirir.