BAKI, 26 fevral. TELEQRAF

Azərbaycan ötən il 15,5 milyon dollar dəyərində 10 min 173 ton xurma (təzə vəya qurudulmuş) idxal edib.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə təxminən 2 dəfə çoxdur.

İdxalın 73 faizi İranın payına düşüb - 7398.48 ton.

Digər ölkələrdən idxalın həcmi belə olub: Birləşmiş Ərəb Əmirlikləri - 3.5 ton, Çin - 14 ton, Əlcəzair - 712.46 ton, İraq - 22 ton, İsrail - 166.81 ton, Fələstin - 114.41 ton, Misir - 22.11 ton, Səudiyyə Ərəbistanı - 122,28 ton, Tunis - 1597.43 ton, Türkiyə - 0.06 ton, Almaniya - 0.18 ton.