BAKI, 25 fevral. TELEQRAF

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 24-də ümumi çəkisi 20 kiloqramdan artıq narkotik vasitə aşkar olunub.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 16 kiloqrama yaxın marixuana, 2,6 kiloqramdan artıq tiryək, 1 kiloqramdan çox həşiş qətranı, 420 qram heroin, həmçinin 97 ədəd psixotrop tərkibli həb olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.