![](https://teleqraf.az/storage/2025/02/12/715x378/whatsapp_grsel_2025-02-12_saat_13.42.24_d0f06433.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Teleqraf-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayon ərzaisindən 4 qumbara, 2 "Kalaşnikov" avtomatı, xeyli sayda patron tapılaraq götürülüb.
Həmçinin vətəndaşlardan müvafiq sənədləri olmayan 14 ov tüfəngi təhvil alınıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.