BAKI, 12 fevral. TELEQRAF

Bakı Şəhər Nizami Rayon Polis Şöbəsinin 23-cü Polis Bölməsində maraqlı hadisə baş verib.

Teleqraf xəbər verir ki, fevralın 11-nə keçən gecə Babək rayon sakini 1992-ci il təvəllüdlü V.Məmmədov bölməyə müraciət edib. O, dostunun polis tərəfindən saxlanıldığını deyib və özünü jurnalist kimi təqdim edərək səs-küy salıb. Bu zaman şöbə əməkdaşları V.Məmmədovdan sənəd təqdim etməsini istəyiblər. Lakin o, sənədinin olmadığını bildirib.

Bundan sonra aparılan araşdırma zamanı həmin şəxsin kimliyi müəyyənləşib və Nərimanov Rayon İcra Şöbəsi tərəfindən borca görə axtarışda olması məlum olub.

V.Məmmədov saxlanılaraq barəsində protokol tərtib edilib və Nizami rayon Məhkəməsinin 11 fevral tarixli qərarı ilə ona 10 sutkalıq həbs cəzası verilib.