![](https://teleqraf.az/storage/2017/04/19/715x378/yanqin.jpg)
BAKI, 13 fevral. TELEQRAF
Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 30 m² olan 3 otaqlı köməkçi tikilinin 2 otağının yanar konstruksiyaları 25 m² sahədə yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tikilinin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.