BAKI, 12 fevral. TELEQRAF

Paytaxtın Nəsimi rayonu ərazisində bir nəfərin bank kartından 554 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş T.Şükürov müəyyən olunaraq saxlanılıb.

Fevralın 11-də Xətai rayonu ərazisində isə paytaxt sakini olan 1 nəfər bankomatdan çıxardığı 2000 manatının oğurlanması barədə polisə müraciət edib. Oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.