BAKI, 12 fevral. TELEQRAF

Yasamal rayonu ərazisində yerləşən evlərin birindən 1770 manat pul və 1000 manat dəyərində qızıl üzük oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı V.Hüseynov müəyyən olunaraq saxlanılıb.

Digər oğurluq hadisələri isə paytaxtın Nəsimi, eləcə də Abşeron rayonu ərazisində baş verib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərə məxsus içərisində 700 manat olan pul kisəsini, həmçinin Abşeron rayon sakininin 350 manatını oğurlamaqda şübhəli bilinən İ.Muradov və A.Süleymanova müəyyən edilərək saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.