![](https://teleqraf.az/storage/2025/02/12/715x378/whatsapp_grsel_2025-02-12_saat_10.00.56_d8817cea.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbir nəticəsində, əvvəllər məhkum olunmuş Faiq Qasımov saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Teleqraf-a verilən məlumata görə, ondan 8 kiloqram marixuana aşkarlanıb.
Bundan başqa, keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 4 nəfər - Şirzad Alışov, Şirxan Quliyev, Aqil Mirzəyev və Ceyhun Cəfərov saxlanılıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.