![](https://teleqraf.az/storage/2025/02/12/715x378/134915.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Yardımlı rayon Şiləvəngə kənd Q.Ə.Xəlilov adına tam orta məktəbdə yanğın baş verib.
Məktəbdən Teleqraf-a bildirilib ki, yanğının qarşısı alınıb.
“Yanğın zamanı xəsarət alan olmayıb. Məktəbdə tədris davam etdirilir".
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a bildirilib ki, ümumi sahəsi 300 m² olan birmərtəbəli məktəb binasının dam örtüyünün taxta atmaları 20 m² sahədə yanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.
***
15:35
Yardımlı rayonunun Şiləvəngə kəndində ümumi sahəsi 300 m² olan birmərtəbəli məktəb binasının dam örtüyünün taxta atmaları 20 m² sahədə yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.