BAKI, 18 noyabr. TELEQRAF

Fransa polisi oktyabrın 17-də qiymət artımına qarşı keçirilən nümayişlər fonunda baş verən iğtişaşlardan sonra ümumilikdə 7000-dən çox insanı saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Fransanın ədliyyə naziri Jerald Darmanen məlumat verib.

“Aksiyaların başladığı gündən bəri ümumilikdə 7184 nəfər saxlanılıb. Onlardan 4 523-ü yetkinlik yaşına çatmış, 2 661-i isə yetkinlik yaşına çatmamış şəxslərdir”, - nazir bildirib.

Darmanen qeyd edib ki, hadisələrlə bağlı aparılan araşdırmalar çərçivəsində 3000-dən çox cinayət işi açılıb, onlardan 2300-ü məhkəməyə göndərilib.

Fransada kütləvi etirazlar sentyabrın sonlarından başlayıb. Məktəb şagirdləri təhsil müəssisələrinin pis vəziyyətinə, dərs cədvəllərinin həddindən artıq yüklənməsinə və bir sıra fənlər üzrə müəllim çatışmazlığına etiraz olaraq məktəbləri bloklamağa başlayıblar.

Oktyabr ayında isə həmkarlar ittifaqları da etiraz aksiyalarına qoşulublar. Onlar əməkhaqlarının artırılmasını və hakimiyyətin əlavə qənaət tədbirlərindən imtina etməsini tələb ediblər.