BAKI, 18 noyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Çində keçiriləcək sammiti çərçivəsində planlaşdırılan görüşdə geniş nümayəndə heyətləri iştirak etməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

“Tərkibinin kifayət qədər məhdud olacağı şübhəsizdir. Geniş nümayəndə heyətləri olmayacaq”, - Putinin köməkçisi qeyd edib.

Yuri Uşakov hesab edir ki, Rusiya və ABŞ liderləri çoxsaylı məsələləri müzakirə edəcəklər: “Müzakirə edilməli olan bir çox məsələ var”.

Rusiya prezidentinin köməkçisi əlavə edib ki, Vladimir Putin və Donald Tramp APEC sammiti çərçivəsində bir neçə dəfə görüşə biləcək.