BAKI, 18 noyabr. TELEQRAF
Avropalı müşahidəçilər Ukrayna danışıqlarında uğursuzluq ehtimalı yaranacağı təqdirdə ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinə güzəştə gedəcəyindən narahatdırlar. Bu halda ABŞ Avropa ilə əlaqələrini kəsə və Ukraynaya dəstəyi dayandıra bilər.
Teleqraf xəbər verir ki, bu iddia ilə "Politico" çıxış edib.
Nəşr hesab edir ki, Avropanın danışıqlar üzərində minimal nəzarətə malik olmasına baxmayaraq, Ukrayna danışıqlar prosesindən çəkilməməsinin səbəbi budur.
Brüssel həmçinin Putin və Trampın APEC sammitində Çin prezidenti Si Cinpinlə görüşündən də narahatdır.
"Amerika tərəfinin əslində nə istədiyi ilə bağlı narahatlıqlar mövcuddur. Əlbəttə, ABŞ-nin prosesdə iştirakına ehtiyacımız var, əks halda münaqişəni həll edə bilməyəcəyik. Eyni zamanda, Amerikanın Ukraynaya yox, Rusiyaya təzyiq göstərməsini təmin etməliyik" - Avropalı müşahidəçilər bilidiriblər.