BAKI, 18 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Çində səfərdədir.
Teleqraf xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Donald Tramı beynəlxalq hava limanında Çin Sədri Si Cinpin qarşılayıb.
ABŞ lideri Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı Təşkilatının (APEC) 33-cü qeyri-rəsmi görüşündə iştirak edəcək.
Bundan əlavə, noyabrın 19-da Rusiya Prezidenti Vladimir Putin, Si Cinpin və Donald Tramp arasında üçtərəfli görüş keçiriləcək.