BAKI, 18 noyabr. TELEQRAF
Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin 2027-ci il üçün xərclər smetası müzakirə edilib.
Teleqraf xəbər verir ki, layihəyə əsasən, gələn il dövlət büdcəsindən Milli Məclisin saxlanılmasına 72,356 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
Bu, 2026-cı illə müqayisədə 38,95 faiz çoxdur.
Həmin vəsaitin 59,356 milyon manatı əməyin ödənişinə, 10,52 milyon manatı malların (iş və xidmətlərin) satın alınmasına, 0,334 milyon manatı sosial ödənişlərə, 0,763 milyon manatı dövlət icbari şəxsi sığorta xərclərinə, 1,385 milyon manatı isə qeyri-maliyyə aktivlərinə yönəldiləcək.