GƏNCƏ, 18 noyabr. TELEQRAF

Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Fətullah Həsənov küçəsində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı avtomobillə "Nissan" markalı maşınlar toqquşub. Qəza zamanı "VAZ" markalı maşında olan üç nəfər sürücü - 2008 ci il təvəllüdlü Turqut Bayramov və sərnişinlər Fuad Rüstəmov (2008) və Nail Mustafayev (1969) xəsarət alıblar. Yaralılar şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.