BAKI, 18 noyabr. TELEQRAF
İordaniyada keçirilən hərbi təlim zamanı "Black Hawk" tipli hərbi helikopter qəzaya uğrayıb.
Teleqraf xəbər verir ki, bu barədə krallığın Silahlı Qüvvələrinin komandanlığı məlumat yayıb.
Hadisə nəticəsində ölən və ya yaralananlar barədə məlumat verilməyib.
Komandanlığın açıqlamasına görə, qəza yerinə mütəxəssislər cəlb olunub. İordaniya Silahlı Qüvvələri məlumat daxil olduqca hadisənin təfərrüatları barədə ictimaiyyətə əlavə informasiya veriləcəyini bildirib.