BAKI, 18 noyabr. TELEQRAF
Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar arasında çıxış etməklə bağlı fikir ayrılığı yaranıb.
Teleqraf xəbər verir ki, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanun layihəsinin müzakirəsiz səsə qoyulmasını təklif edib.
O qeyd edib ki, deputat həmkarları bu qanun layihəsi ilə bağlı təkliflərini ikinci oxunuşda səsləndirə bilərlər.
Lakin deputat Hikmət Babaoğlu çıxış üçün sədrdən söz istəyib:
"Doğrusu, çıxış siyahısında adını birinci görməyə alışan dostlarımız adlarını birinci görməyəndə narahat olur və stress keçirirlər. Məncə, bu, doğru deyil. Sizə deyirəm, Zahid müəllim!"