BAKI, 4 fevral. TELEQRAF
Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Sabah” və “Qəbələ” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Görüşü baş hakim Fərid Hacıyev idarə edib. Tərəflər arasında cavab qarşılaşması martın 3-də keçiriləcək.
Qeyd edək ki, günün ilk qarşılaşmasında “Zirə” səfərdə “Sumqayıt”la qolsuz heç-heçə edib. Yarımfinal mərhələsinin digər oyunları sabah keçiriləcək.