BAKI, 27 avqust. TELEQRAF
Azərbaycan çempionu “Qarabağ” tarixində ikinci dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
Teleqraf xəbər verir ki, “köhlən atlar” turnirin pley-off mərhələsində Macarıstan “Ferentsvaroş”unu üstələyib.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan cavab oyununda 2:3 hesablı ilə uduzsa da, iki görüşün nəticəsinə görə turu keçib.
Görüşdə “Qarabağ”dan Leandro Andrade (25-ci dəqiqə) ilə Abdullah Zubir (45), rəqibdən isə Lenni Cozef (12) Barnabaş Varqa (55, pen.) və Aleks Tot (82) fərqlənib.
Ağdam təmsilçisi avqustun 19-da səfərdə keçirilən matçda 3:1 hesablı qələbə qazanıb.
Qeyd edək, “Qarabağ” daha əvvəl 2017/18 mövsümündə də Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparıb.
***
21:25
Bakıda “Qarabağ” və Macarıstanın “Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda növbəti qol vurulub.
Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdə rəqib hesabda önə keçib.
82-ci dəqiqədə Aleks Tot cərimə zərbəsindən topu qapıya göndərib.
***
21:58
Bakıda “Qarabağ” və Macarıstanın “Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda növbəti qol vurulub.
Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdə hesab bərabərləşib.
55-ci dəqiqədə Barnabaş Varqa penaltidən fərqlənib.
***
21:48
Bakıda “Qarabağ” və Macarıstanın “Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.
Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdə Ağdam təmsilçisi 2:1 hesabı ilə öndədir.
***
21:33
Bakıda “Qarabağ” və Macarıstanın “Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.
Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdə Ağdam təmsilçisi 2:1 hesabı ilə öndədir.
***
21:30
Bakıda “Qarabağ” və Macarıstanın “Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda növbəti qol vurulub.
Teleqraf xəbər verir ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdə hesabda önə keçib.
45-ci dəqiqədə Abdullah Zubir fərqlənib.
***
21:10
Bakıda “Qarabağ” və Macarıstanın “Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda hesab bərabərləşib.
Teleqraf xəbər verir ki, Ağdam təmsilçisinin futbolçusu Leandro Andrade Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan matçın 25-ci dəqiqəsində fərqlənib.
***
20:58
Bakıda “Qarabağ” və Macarıstanın “Ferentsvaroş" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda hesab açılıb.
Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 12-ci dəqiqəsində qonaqlar önə keçib.
Lenni Cozef adını tabloya yazdırıb.
***
20:45
Bakıda “Qarabağ” və Macarıstanın “Ferentsvaroş" komandası arasında UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu start götürüb.
Teleqraf xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilir.
UEFA Çempionlar Liqası
Play-off mərhələsi
27 avqust
20:45 “Qarabağ” - “Ferentsvaroş” - 2:3
Qol: L.Andrade, 25, A.Zubir, 45; L.Cozef, 12, B. Varqa, 55 (pen.), A. Tot, 82
İlk oyun - 3:1.
Hakimlər: Kleman Türpin, Nikolas Danos, Aleksis Auqe, Romen Lissorqe
VAR: Cerom Brisar
AVAR: Nikolas Reynvil
Hakim inspektor: Vitor Melo Pereyra
UEFA nümayəndəsi: Devid Makdouell