BAKI, 22 aprel. TELEQRAF

"Çelsi" futbol klubu yanvar ayında təyin etdiyi baş məşqçi Liam Rosenyoru istefaya göndərib.

Teleqraf xəbər verir ki, Liam Rosenyorun rəhbərliyi altında qeyri-sabit nəticələr klubun baş məşqçi ilə yollarını ayırmasına səbəb olub.

Məlumata görə, “Çelsi” baş məşqçi postu üçün yeni namizəd müəyyənləşdirib.

Londonluların “Atletiko”ya rəhbərlik edən Dieqo Simeone ilə maraqlandığı bildirilir.