BAKI, 23 aprel. TELEQRAF
"Arsenal" yenidən "Real Madrid" də oynayan Türkiyə millisinin futbolçusu Arda Gülərlə maraqlanır.
Teleqraf "Caught Offside" nəşrinə istinadla xəbər verir ki, "Arsenal" yay transfer pəncərəsindən əvvəl oyunçunun vəziyyəti ilə yenidən maraqlanıb.
Daha əvvəl gənc oyunçunu transfer etmək üçün cəhd göstərən London komandasının transfer imkanlarını araşdırmaq üçün Arda Gülərin ətrafı ilə əlaqə saxladığı bildirilir.
Lakin 20 yaşlı futbolçu hazırda komandadan ayrılmaqda maraqlı deyil. Həmçinin İspaniya nəhəngi Ardanı heyətinin vacib bir hissəsi kimi görür və onu satmağı düşünmür.
Bu mövsüm "Real Madrid"də 50 rəsmi matçda iştirak edən Arda Gülər 6 qol vurub və 14 məhsuldar ötürmə edib.