BAKI, 23 aprel. TELEQRAF

“Barselona”nın hücumçusu Lamin Yamal İspaniya çempionatında “Selta”ya qarşı oyunda 11 metrlik cərimə zərbəsini yerinə yetirərkən zədə alıb.

Teleqraf xəbər verir ki, qarşılaşmanın 40-cı dəqiqəsində penalti zərbəsini dəqiq yerinə yetirən futbolçu dərhal sonra ayağından tutaraq meydançaya yıxılıb.

Bundan sonra Yamal paltardəyişmə otağına yollanıb və əvəzlənib.