BAKI, 23 aprel. TELEQRAF
PSJ baş məşqçi Luis Enrike ilə müqavilənin müddətini 2030-cu ilin yayına qədər uzadıb.
Teleqraf “Fichajes”ə istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssisin komandada qalması 250 milyon avro dəyərində transfer planı ilə bağlıdır.
Klub rəhbərliyi onun tələbi əsasında heyəti gücləndirmək üçün üç futbolçunun transferinə hazırlaşır. Bildirilir ki, Paris təmsilçisi “Monako”dan Magnes Akliuşu 60 milyon avroya transfer etmək niyyətindədir.
PSJ-nin digər hədəfi “Vest Hem”də çıxış edən Mateus Fernandesdir. Portuqaliyalı yarımmüdafiəçi üçün 40 milyon avro təklif olunacağı qeyd edilir.
Ən bahalı transfer isə “Çelsi”nin futbolçusu Enzo Fernandes ola bilər. Fransa nəhəngi argentinalı yarımmüdafiəçi üçün 150 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Luis Enrike 2023-cü ikdən PSJ-ni çalışdırır.