BAKI, 23 aprel. TELEQRAF
La Liqa təmsilçilərindən "Barselona"nın futbolçusu Lamin Yamal zədələnib.
Teleqraf ESPN-ə istinadla xəbər verir ki, 18 yaşlı oyunçunun zədəsi ciddi ola bilər.
"Selta Viqo" ilə La Liqa matçının ilk hissəsində əvəzlənən Yamalın mövsümün qalan hissəsini buraxacağı gözlənilir.
Belədə onun İspaniya millisinin heyətində Dünya çempionatında iştirakı da sual altına düşür.
Qeyd edək ki, İspaniya Dünya Kuboku qrup mərhələsinin ilk turunda Kabo-Verde ilə qarşılaşacaq.