BAKI, 24 aprel. TELEQRAF
İtaliyanın gənclər və idman naziri Andrea Abodi ABŞ Prezidenti Donald Trampın yüksək vəzifəli nümayəndəsinin İtaliyanın 2026-cı il Dünya Çempionatında İranı əvəz etməsi ilə bağlı təklifini "yersiz" adlandırıb.
Teleqraf xəbər verir ki, İtaliyanın ANSA xəbər agentliyinin məlumatına görə, nazir bunun düzgün olmadığını deyib:
"Bu, düzgün deyil, meydanda qazanaraq turnirdə iştirak edirsən. Dünya Kubokunun təşkilatçısı olan FİFA-nın belə bir hərəkəti təkcə qeyri-mümkün deyil, həm də uyğunsuzdur" - deyə, nazir qeyd edib.
Qeyd edək ki, İtaliya ardıcıl üçüncü dəfədir ki, dünya çempionatına vəsiqə qazana bilmir.