BAKI, 24 aprel. TELEQRAF
İrandakı müharibə 30 milyondan çox insanı yoxsulluqla sınağa çəkib.
Teleqraf xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının administratoru Aleksandr De Kru "Reuters" agentliyinə verdiyi müsahibədə bildirib.
De Kroo bildirib ki, enerji qiymətlərinin artması, enerji çatışmazlığı, ərzaq təhlükəsizliyinin olmaması ciddi problemlərə yol açıb: "Müharibə sabah bitsə belə, təxminən 32 milyon insanı yoxsulluğa məhkum olacaq. Çətinlik ondadır ki, qida sistemlərində nə vaxt əkəcəyinizə qərar verə bilməzsiniz. İndi əkin mövsümüdür, yazdır. Əgər indi əkirsinizsə, amma gübrələrə çıxışınız yoxdursa, sentyabr, oktyabr və noyabr aylarında məhsuldarlığın daha aşağı olacağı qaçılmazdır. Bu problemi həll edə bilməzsiniz. Və buna görə də deyə bilirik ki, bir neçə aydan sonra ərzaq təhlükəsizliyi pik həddə çatacaq və bununla bağlı edə biləcəyiniz çox şey yoxdur".