BAKI, 23 aprel. TELEQRAF
"Fənərbağça”nın braziliyalı qapıçısı Ederson gələcək karyerası ilə bağlı qərarını verib.
Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı qolkiper növbəti mövsümdə də İstanbul klubunda qalmaq istəyir.
Edersona Körfəz ölkələri və ABŞ-dan təkliflər olsa da, o, bu variantları geri çevirib. “Sarı-lacivərtlilər”də bonuslarla birlikdə illik qazancı 13 milyon avro olan futbolçu komandada qalmaq niyyətindədir.
Buna baxmayaraq, “Fənərbağça” rəhbərliyi təcrübəli qolkiperlə yolları ayırmaq fikrindədir. Lakin Edersonun yüksək maaşına görə tərəflərin razılığa gəlməsi çətin görünür.
Qeyd edək ki, Ederson cari mövsümdə 35 oyunda 34 qol buraxıb, 13 matçda isə qapısını toxunulmaz saxlayıb. Ötən il "Mançester Siti"dən transfer olunan qolkiperin müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub.