GƏNCƏ, 23 aprel. TELEQRAF
Ötən gün baş vermiş zəhərlənmə hadisəsi ilə bağlı Gəncə Şəhər Birləşmiş Xəstəxanası açıqlama verib.
Xəstəxanadan Teleqraf-ın Qərb bürosuna bildirilib ki, 23 aprel 2026-cı il tarixdə saat 23:00 radələrində zəhərlənmə şübhəsilə 1 nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Dərman vasitələrindən zəhərlənmə diaqnozu təyin olunan 1985-ci il təvəllüdlü pasiyentə zəruri tibbi yardım göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
Həkim heyəti tərəfindən daha bir nəfər, 1958-ci il təvəllüdlü şəxsin xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.
***
04.23.2026
23:18
Gəncədə üç nəfər zəhərlənib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.
İlkin məlumata görə, zəhərlənən şəxslərdən 1958-ci il təvəllüdlü Alik İsmayılov hadisə yerində vəfat edib. 1985-ci il təvəllüdlü Samir Əliyev xəstəxanaya gətirilib. Digər şəxsin kimliyi dəqiqləşdirilir.
Hadisənin səbəbləri araşdırılır.