BAKI, 24 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin dekabrda keçiriləcək “Böyük iyirmilik” (G20) sammitində iştirakının faydalı olacağını bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu fikirləri Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.

Bununla yanaşı, ABŞ prezidenti rusiyalı həmkarına rəsmi dəvət göndərib-göndərmədiyi ilə bağlı suala mənfi cavab verib.

“Amma o gəlsəydi, bu, çox faydalı olardı”, - deyə Donald Tramp vurğulayıb.