BAKI, 24 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp yaxın gələcəkdə benzin qiymətlərinin yüksək səviyyədə qalacağını etiraf edib.

Teleqraf xəbər verir ki, o, bu vəziyyətin uzun çəkməyəcəyini desə də, bunun müəyyən nəticələr verəcəyini vurğulayıb.

“Bu, uzun sürməyəcək. Bilirsiniz, amerikalılar bunun müqabilində nə əldə edəcək? Nüvə silahı olmayan İran”, - deyə Donald Tramp qeyd edib.

Bundan əvvəl mediada ABŞ-nin İrana qarşı addımlarının neft bazarında ciddi gərginlik yaratdığı və bunun tarixin ən böyük enerji böhranlarından birinə səbəb olduğu bildirilirdi.