BAKI, 22 aprel. TELEQRAF

Futbol üzrə Azərbaycan Kubokunun növbəti finalçısı müəyyənləşib.

Teleqraf xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşündə “Sabah” “Qarabağ”ı qəbul edib.

“Bank Respublika Arena”da baş tutan qarşılaşma “bayquşlar”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi qarşılaşmanın 37-ci dəqiqəsində Ağdam təmsilçisinin qapıçısı kobud qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılaraq komandasını azlıqda qoyub.

Görüşdə hesabı 59-cu dəqiqədə Kamillo Duran açıb. 78-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Velko Simiç hesabı bərabərləşdirib. Cəmi doqquz dəqiqə sonra isə Patrik Mbina Masazır təmsilçisini finala daşıyan qolun müəllifi olub.

Tərəflər arasında ilk oyun 2:2 hesablı heç-heçə ilə başa çatmışdı.

Qeyd edək ki, “Sabah” finalda “Zirə” ilə üz-üzə gələcək. Final oyunu mayın 13-də “Palms Sports Arena”da keçiriləcək.