BAKI, 24 aprel. TELEQRAF
"Bu gün sevincimdən nə edəcəyimi bilmirəm. Çox xoşbəxtəm. Nəhayət öz yurduma-yuvama qayıdıram".
Teleqraf xəbər verir ki, bunu bu gün Ağdam şəhərinə qayıdan Zəminə Kazımova deyib.
Ağdamı tez-tez yuxularında gördüyünü deyən Zəminə xanım evini tərk edəndə 45 yaşı olduğunu bildirib:
"78 yaşımda qayıdıram. Şükür bu günə. Torpaqlar azad olunandan sonra Ağdama, öz evimizin həyətinə getdim. Bu hissi sizə necə izah edəcəyimi bilmirəm".
O, bu günü Azərbaycan xalqına yaşadan Prezident İlham Əliyevə, qazilərə təşəkkür edirək, şəhidlərimizə Allandan rəhmət diləyib.