BAKI, 23 aprel. TELEQRAF
İngiltərə Premyer Liqasının 34-cü həftəsində "Mançester Siti" səfərdə "Börnli"nin qonağı olub.
Teleqraf xəbər verir ki, "şəhərlilər" Erlinq Holandın 5-ci dəqiqədə vurduğu qolla 1:0 hesablı qələbə qazanıblar.
"Mançester Siti" 70 xala çataraq liqa lideri "Arsenal"la xalları bərabərləşdirib və top fərqinə görə birinci pilləyə yüksəlib. "Börnli" isə 20 xalla qalıb.
Mövsümün bitməsinə 4 həftə qalmış "Börnli" elitada qalmaq şansını itirib.
Qeyd edək ki, aşağı liqaya yuvarlanan ilk komanda "Vulverhempton" olmuşdu.