BAKI, 24 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla mümkün hərbi qarşıdurmanın uzunmüddətli olmayacağını bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ evdə jurnalistlərə açıqlamasında danışıb.

“Yalnız bir şeyi deyə bilərəm: bu, başa çatacaq. Düşünmürəm ki, uzun çəkəcək”, - deyə o qeyd edib.

ABŞ prezidenti əlavə edib ki, Vaşinqton İran daxilində kimlə danışıqlar aparmalı olduğunu dəqiq bilmir: “Onlar öz ölkələrində liderin kim olduğunu bilirlər. Biz isə İranda kimin lider olduğunu bilmirik”.