BAKI, 22 aprel. TELEQRAF

“Mən fərqli ölkələrdə baş məşqçi kimi işləmişəm. Amma hakim qərarları ilə bağlı bu qədər danışıldığını görməmişəm. Hər oyundan sonra bu, müzakirə olunur”.

Teleqraf xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas deyib.

Mütəxəssis Azərbaycan Kubokunun yarımfinalının cavab oyununda “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edərək finala yüksəldikləri oyunu şərh edib:

“Hakim qərarları barədə şərh verməyi xoşlamıram. Penalti və qırmızı vərəqə epizodlarına planşetdən baxdım. Bu, Azərbaycan futbol hakimliyidir. Bəzən bir epizodlarda qərar fərqli olur. Final bir oyundan ibarət olur. Mən hələ həyatımda asan final görməmişəm. Ümid edirəm, həmin oyunda kim güclüdürsə o qalib gələr. Bizim üçün vacib oyun olacaq”.