BAKI, 23 aprel. TELEQRAF

“Qarabağ”ın sabiq futbolçusu Yassin Benziya Azərbaycan Kubokunun yarımfinal mərhələsində Ağdam klubunun “Sabah”a uduzaraq (1:2) mübarizəni dayandırmasından sonra paylaşım edib.

Teleqraf xəbər verir ki, əlcəzairli futbolçu sosial şəbəkə hesabında sabiq komandasına qarşı ədalətsizlik edildiyini bildirib:

“Hakim, ayıbdır. Ölkənin ən yaxşı komandasını məğlub etməyin yeganə yolu budur”.

Qeyd edək ki, Yassin Benziya 2023–2025-ci illərdə “Qarabağ”ın formasını geyinib. 31 yaşlı futbolçu hazırda Səudiyyə Ərəbistanının “Əl-Fayha” komandasında çıxış edir.