BAKI, 24 aprel. TELEQRAF

Avropa İttifaqı Ukraynanın birliyə üzvlüyü yolunda əvvəl mövcud olan bəzi məhdudiyyətləri yenidən nəzərdən keçirməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas Kiprdə keçirilən sammitdə çıxışı zamanı açıqlama verib.

Onun sözlərinə görə, Brüssel daha əvvəl “qırmızı xətt” hesab olunan və ya bloklanan məsələlər üzrə irəliləyiş əldə edə bilər.

“Hazırda baxılan bir neçə təklif mövcuddur”, - deyə Kaya Kallas qeyd edib.