BAKI, 23 aprel. TELEQRAF
Küveyt 55 gündən sonra hava məkanını mülki aviasiya üçün açıb.
Teleqraf xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bütün uçuşlar Küveyt Mülki Aviasiya İdarəsi tərəfindən əvvəlcədən təsdiqlənməlidir. İcazəsiz heç bir tıyyarə hava məkanına daxil ola bilməz.
Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlamasından sonra, 28 fevralda Küveyt səması mülki aviasiya üçün bağlanıb.