İspaniyanın "Barselona" klubu futbolçusu Lamin Yamalın sağlamlıq durumu ilə bağlı rəsmi açıqlama yayıb.
Teleqraf xəbər verir ki, gənc vinger tibbi müayinədən keçirib və sol ayağının bud əzələsində zədə aşkarlanıb.
Yamalın məşqlərə qayıdışı onun bərpa prosesindən asılı olacaq və futbolçunun durumu klubun tibbi heyəti tərəfindən nəzarətdə saxlanılır.
O, liqa mövsümünün qalan hissəsini buraxacaq. Lakin Dünya çempionatında oynaya biləcəyi gözlənilir.