BAKI, 23 aprel. TELEQRAF

İngiltərə Premyer Liqa təmsilçilərindən "Çelsi" Liam Rosenyora yüksək məbləğdə təzminat ödəyəcək.

Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, klub 41 yaşlı məşqçiyə 28 milyon avro ödəyəcək.

Beləliklə, Liam futbol tarixində məşqçiyə ödənilən ən yüksək təzminat rekorduna sahib olan Joze Mourinyonu keçib. Mourinyonun ən yüksək tək qazancı 21 milyon avro idi.

Qeyd edək ki, baş məşqçi ilə 6 illik müqavilə imzalayan "zadəganlar" 6 ay sonra ingilis menecerlə yollarını ayırıb. Mütəxəssis 23 matçda 11 qələbə və 10 məğlubiyyətlə klub tarixinin ən uğursuz fiqurlarından birinə çevrilib.