BAKI, 23 aprel. TELEQRAF

Türkiyə Superliqasının 31-ci turunda baş tutacaq "Qalatasaray" - "Fənərbağça" matçının baş hakimi bəlli olub.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.

İstanbul derbisini Yasin Kol idarə edəcək. Ona Abdullah Bora və Bahtiyar Birinci kömək edəcəklər. Çağdaş Altay isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma martın 26-sı saat 21:00-da "Rams Park"da baş tutacaq.