BAKI, 23 aprel. TELEQRAF
Türkiyə millisinin və "Real Madrid"in ulduz futbolçusu Arda Gülər sıradan çıxıb.
Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyəlinin bu gün müayinə olunduğu və sağ ayağının biseps bud əzələsində zədə aşkarlandığı bildirilib.
21 yaşlı futbolçunun 3-4 həftə oynaya bilməyəcəyi gözlənilir.
Arda Gülər Dünya çempionatında meydanda olmaq üçün xüsusi olaraq çalışacaq. Hər şey plan üzrə gedərsə, milli üzvü DÇ-2026-ya hazır olacaq.