BAKI, 24 aprel. TELEQRAF
İranın ali dini lideri Muctəba Xamenei ölkədə milli birliyi zəiflətməyə yönəlmiş xarici media kampaniyası barədə ictimaiyyətə xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, o, yaydığı mesajda bu kampaniyanın xalqın düşüncəsinə və mənəvi dəyərlərinə təsir göstərməyi hədəflədiyini vurğulayıb.
“Düşmən tərəfin media kampaniyası xalqın düşüncəsini və ruhunu manipulyasiya etməyə yönəlib, milli birliyi və təhlükəsizliyi sarsıtmağı qarşıya məqsəd qoyur. Əgər diqqətsizlik etsək, bu təhlükəli niyyət həyata keçirilə bilər”, - deyə Muctəba Xamenei qeyd edib.