BAKI, 23 aprel. TELEQRAF

Naməlum silahlı şəxs ABŞ-nin cənubundakı Luiziana ştatında ticarət mərkəzində atəş açıb.

Teleqraf xəbər verir ki, bu barədə "Newsweek" saytı məlumat yayıb.

Hadisə Baton-Rujdakı "Luiziana Mall"da baş verib. Müştərilər təxliyə edilib və polis hadisə yerindədir.

Hadisə nəticəsində ölən və yaralananların olub-olmadığı məlum deyil.