BAKI, 8 aprel. TELEQRAF

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.

Teleqraf xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

İngiltərənin "Arsenal" klubu İspaniya "Real Madrid"ini, Almaniya "Bavariya”sı isə İtaliyanın “İnter” komandasını qonaq edəcək.

Qeyd edək ki, mərhələnin cavab oyunları 15-16 apreldə baş tutacaq.

UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar

8 aprel

23:00. "Arsenal" (İngiltərə) – "Real Madrid" (İspaniya)

23:00. "Bavariya" (Almaniya) – "İnter" (İtaliya)